3 nəfərlik kənddə bir vəzifəyə ər və arvad namizəd oldu - Fotolar + Video

3-neferlik-kendde-bir-vezifeye-er-ve-arvad-namized-oldu
Oxunma sayı: 5001

Türkiyənin Afyonkarahisar rayonunun Əmirdağ qəsəbəsinin Avdan kəndində qəribə hadisə baş verir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 3 nəfərlik bir ailənin yaşadığı kəndin muxtarı olmaq üçün ər və arvad namizədliyini irəli sürüb.

29 ildir muxtar olan Bəkir Təpəqayanın həyat yoldaşı Fatma Təpəqaya 2019-cu il seçkilərində əri ilə yarışacaq.

Qeyd edək ki, kənddə 40 il öncə 85 evdə 300 nəfər yaşayırmış. Son illərdə isə qışda 3, yayda kənd təsərrüfatı işləri ilə əlaqədar 15 nəfər yaşayır.

Kənddə məktəb, məscid, poçt və digər qurumlar da var. Yolu asfalt olan kənddə yaşamaq üçün imkanlar olsa da, işsizlik səbəbindən əhali digər yerlərə köçmək məcburiyyətində qalıb.