3 otaqlı ev yanıb

3-otaqli-ev-yanib
Oxunma sayı: 732

Bakıda yanğın qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın tavanı 25 m2 sahədə əriyib.

Evin qalan hissəsi və bitişik olan qonşu ev yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.