3 otaqlı evdə yanğın olub

3-otaqli-evde-yangin-olub
Oxunma sayı: 805

Abşeronda yanğın qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Pirəkəşkül qəsəbəsində ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin giriş qapısının taxta üzlüyü, dəhlizinin tavanı 2 m2 sahədə və talvar 23 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.