3 penalti və 3 qırmızı vərəqə

3-penalti-ve-3-qirmizi-vereqe
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, “Atletiko” 2-1 hesabı ilə qalib gəlib və oyunun nəticəsini də 11 metrlik cərimə zərbələri həll edib. Belə ki, görüşün 49 və 71-ci dəqiqələrində “Atletiko”dan Diyeqo Kosta 11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetirib . “Seviliya”nın yeganə qolunu isə 56-ci dəqiqədə yenə penaltidən Alvaro Neqredo qeydə alıb. Bundan əlavə görüş o qədərə gərgin keçib ki, baş hakim Migel Ayza Qamez 3 oyunçunu meydandan qovub. Bunlar “Atletiko” Madridin heyətində Diyeqo Qodin “Sevilya”nın heyətində isə Emir Spahiç və Fernando Navaro olub.

Qeyd edək ki, İspaniya kral kubokunda yarımfinalın cavab qarşılaşmaları fevralın 27-də keçiriləcək.

İqbal