3 ton narkotika ilə bağlı nazirlikdən - - Açıqlama

3-ton-narkotika-ile-bagli-nazirlikden-
Oxunma sayı: 1855


“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan DİN nəhayət ki, "Bizim Yol" qəzetinin sorğusuna rəsmi cavab verib. “11 iyul 2014-cü ildə Respublika Gəlirlər Xidmətinin gömrük departamentindən alınan yazılı məlumat əsasında, Gürcüstan kriminal polisi Baş İdarəsində qeyri-qanuni beynəlxalq narkotik tranziti faktı əsasında, Gürcüstan CM-nin 2620ci maddəsinin tələblərinə uyğun olaraq, 009110714004 nömrəli  cinayət işi açılmış və istintaq başlanmışdır", -deyə sorğuya cavabında Gürcüstan DİN administrasiyasının rəis müavini Giorgiy Saxokia bildirir. 

Onun sözlərinə görə, 12 iyul 2014-cü ildə Batumidə, Senaki-Poti-Sarpi magistralının 106-cı kilometrində yerləşən gömrük departamenti zonasında keçirilən operativ-əməliyyat və istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik maddələrin tranzit yolu ilə daşınması faktı üzrə 3 nəfər saxlanılmışdır: "Onlardan ikisi Gürcüstan, biri isə Türkiyə vətəndaşıdır. Saxlanılanlar haqqında Gürcüstan CM-nin 262-ci maddəsinin 3 və 4-cü bəndlərinə uyğun olaraq həbs qətimkan tədbiri seçilmişdir". 

DİN administrasiyasının rəis müavini bildirib ki, yük Gürcüstana Türkiyə ərazisindən göndərilib, İran və Azərbaycan ərazisindən keçməklə ölkəyə gətirilməsi planlaşdırılıbmış. Sənəddə yük gigiyena vasitəsi - maye-sabun kimi göstərilibmiş: "Yükün son ünvanı Moldova Respublikası göstərilib. Ekspertizanın rəyinə görə, məhlul narkotik maddə olan heroindən ibarət idi. Hazırda 009110714004 nömrəli cinayət işi üzrə digər iştirakçıların aşkar edilib saxlanılması istiqamətində bu cinayət işində adı hallanan dövlətlərin, o cümlədən Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində istintaq tədbirləri, birgə araşdırmalar davam edir".