3-ü qadın olmaqla 7 nəfər konsulluqdan oğurluq etdi

3-u-qadin-olmaqla-7-nefer-konsulluqdan-ogurluq-etdi
Oxunma sayı: 940

Venesuelanın Ekvadorun Quayakil şəhərindəki konsulluğunda oğurluq hadisəsi baş verib.

“Qafqazinfo” “EFE” agentliyinə istinadən xəbər verir ki, 7 cinayətkar konsulluğun binasına hücum edərək orada diplomatik missiya heyətini odlu silahla hədələyərək külli miqdarda pul aparıb. 

Venesuelanın Quayakildəki konsulu Fernando Belio oğrulardan 4-nün kişi, 3-nün isə qadın olduğunu, onların işçilərdən bir neçəsinə zərbə vurduqlarını bildirib.

Faktla bağlı araşdırma aparılır.