3 uşaq anası intihara cəhd etdi

3-usaq-anasi-intihara-cehd-etdi
Oxunma sayı: 662

Tovuz rayonunda qadın intihara cəhd edib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib. Tovuz rayon sakini, Abbasova Anarə Əlixan qızı yaşadığı evdə hələ ki, bilinməyən səbəbdən müxtəlif dərman preparatları içərək intihara cəhd edib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.