“3 xal da qazana bilərdik” - Mahir Mədətov

“3 xal da qazana bilərdik”
Oxunma sayı: 1356

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atletiko” ilə 0:0 hesablı heç-heçə edərək ilk xalı aktivinə yazdırıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra Ağdam klubunun futbolçusu Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb:

- Evdə oyun keçirəndə komandaya inanıram, hər şey mümkündür. Yaxşı mübarizə apardıq. 3 xal da qazana bilərdik. 10 nəfərlə qalanda isə daha ehtiyatlı davrandıq. Uşaqlar yaxşı oyun sərgilədi.

- Bu oyun “Qarabağ”a nə verdi? Digər matçlara baxanda bu gün daha inamlı idiniz...

- “Roma” ilə oyunda ilk 15 dəqiqədə ehtiyatlı olsaydıq, yaxşı nəticə qazana bilərdik. Bu gün diqqətli çıxmışdıq. Buna görə də nəticə qazandıq.

- Qol vurmaq üçün yenə təcrübəsizlik çatmadı?

- Nə deyim... Penalti epizodlarını demək olar. 2 epizoddan birində penalti var idi.

- Cavab görüşü barədə nə düşünürsən?

- Topaz Premyer Liqasında “Qəbələ” ilə oyunu düşünürəm.

- “Atletiko”nun prezidenti ilə görüş keçirdiniz. Nə barədə danışdınız?

- “Bakı”da oynadığım müddətdə “Atletiko”ya qarşı oynamışdım. Hamısı ispanca danışırdı, başa düşmürdüm.

- Meydandakı atmosfer barədə nə deyə bilərsən?

- Hamısı möhtəşəm idi. 12 nəfər idik. Onların dəstəyi bizim gücümüzdür.

- Qrupda 3-cü yeri tutaraq Avropa Liqasında vəsiqə qazanmaq olar?

- Biz maksimum şəkildə çalışmalıyıq. Əlimizdən gələni etməliyik. Oyunlarda xal toplamalıyıq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi