3 yaşlı körpə qəzada həlak oldu

3-yasli-korpe-qezada-helak-oldu
Oxunma sayı: 648

Məlumata görə, yolun sürüşkən olması nəticəsində avtomobil idarəetmədən çıxıb və ağaca çırpılaraq aşıb. Zərbənin gücündən sürücünün nəvəsi, 2009-cu il təvəllüdlü Zeynalov Valeh Taleh oğlu hadisə yerindəcə keçinib. Azyaşlı zərbənin gücündən maşının şüşəsinə çırpılıb.

Sürücü və digər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla əlaqədar cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib.