3 yaşlı uşaq binadan yıxıldı - İşə deputat qarışdı

3-yasli-usaq-binadan-yixildi
Oxunma sayı: 822

Bu gün səhər Mingəçevirdə üç yaşlı Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq yaşadığı binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə rayonun deputatı Aydın Mirzəzadə məlumat verib.

O bildirib ki, sol ayağında sınıqlar və üz nahiyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində V. Nağızadə sağ qalıb:

“Telefon nömrəsini taparaq uşağın atası Vüsal Nağıyevlə, həmçinin babası Əbülfət Nağıyevlə danışdım. Onlara gözaydınlğı verdim və uşağın daima həkim diqqətində olacağını bildirdim”