3 yaşlı uşaq su çəlləyinə düşdü - Vəziyyəti ağırdır

3-yasli-usaq-su-celleyine-dusdu
Oxunma sayı: 2403

Şamaxıda 3 yaşlı uşaq su çəlləyinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şamaxının Göylər kəndində qeydə alınıb.İlkin məlumata görə, 3 yaşlı Günay Qasımova evdə oynayan zaman su çəlləyinə düşərək boğulub. Hadisədən bir qədər sonra xəbər tutan uşağın valideynləri azyaşlını Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Vəziyyəti ağırlaşan azyaşlı daha sonra Bakı şəhərinə xəstəxanaların birinə göndərilib.

 Rəşad Türkoğlu