30-dan çox maddəyə düzəlişlər edilib

30-dan-cox-maddeye-duzelisler-edilib
Oxunma sayı: 1198

Parlamentdə "Hesablama Palatası haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. 

“Qafqazinfo” xəbər verir ki, çıxış edən  parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri  Ziyad Səmədzadə deyib ki, sənədin I oxunuşda təsdiqindən sonra keçən 5 ay ərzində 30-dan çox maddəyə texniki və məzmun düzəlişləri edilib: “Bunlar həm kəmiyyət, həm də keyfiyyət baxımından edilən dəyişikliklərdir. Bu dəyişikliklər müsbət təsirini göstərəcək. Onlar həm ölkədaxili qanunvericlik aktlarını, həm də beynəlxalq standartları nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər Palatanın funksiyaları, audit tədbirləri, korrupsiya ilə bağlı hüquqpozmalara qarşı mübarizəsi ilə bağlıdır”. 

Qanun layihəsi II oxunuşda səsə qoyularaq qəbul edilib.

Günel  Türksoy