30 əlil Ukraynaya göndəriləcək

30-elil-ukraynaya-gonderilecek
Oxunma sayı: 720


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hazırda bu sahədə işlər davam etdirilir və yaxın günlərdə daha 30 nəfər əlil Ukraynaya bərpa-müalicəsinə göndəriləcək. Bərpa müalicəsinə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri Proqramda nəzərdə tutulan vəsaitdən ödənilib. Eyni zamanda, onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb. 

Qeyd olunan dövrdə Səhiyyə Nazirliyinin «Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya»sının  qərarı əsasında 39 nəfər əlilin fərdi qaydada respublikadan kənar müalicəyə göndərilməsinə, 9 nəfərin respublika daxilində müalicəsinə  köməklik göstərilib. Həmçinin cari ilin may ayında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə Heydər Əliyevin yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili tədbir keçirilib. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili işlərini davamı kimi, cari ilin ötən dövründə 20 Yanvar faciəsinin ildönümü əlaqədar 434 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlilə, 9 May -Faşizm üzərində Qələbənin ildönümü münasibəti ilə bir qrup müharibə veteranına  birdəfəlik maddi yardım verilib.

Bununla yanaşı, Nazirlikdə rəhbərlik tərəfindən qəbul edilən və sosial vəziyyəti çətin olan 74 nəfər əlilin müraciətinə Nazirliyin «Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya»sının iclasında baxılaraq, onların sosial-məişət problemlərinin həll edilməsinə müvafiq maddi köməkliklər göstərilib.

Vətəndaş cəmiyyətlərinin yaxından iştirakı ilə əlillərin hüquqi maarifləndirilməsi, onların cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair istiqamətlərdə sosial layihələr həyata keçirilib.