30 milyard dolları keçdi

30-milyard-dollari-kecdi
Oxunma sayı: 690

Fondun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aktivlərin həcminin artması milli neft strategiyasının real bəhrəsidir. Möhtəşəm neft strategiyasının uğurla reallaşması ilə əlaqədar olaraq ölkənin karbohidrogen ehtiyatlarının istismarı və ixracı daha da genişlənir və bunun nəticəsi kimi cari ilin əvvəlində 22,8 milyard ABŞ dollarına bərabər olmuş Dövlət Neft Fondunun valyuta vəsaitlərinin həcmi sürətlə artaraq 30 milyard ABŞ dollarını keçib. Azərbaycanın valyuta potensialının artması dövlətin iqtisadi qüdrətinin güclənməsinə, eləcə də ölkənin bütün sahələrində inkişafın, sosial-iqtisadi tərəqqinin sürətlənməsinə təkan verən mühüm amil kimi dəyərləndirilməlidir.

Nigar Məmmədli