30 milyard manatlıq ticarət dövriyyəsi olub

30-milyard-manatliq-ticaret-dovriyyesi-olub
Oxunma sayı: 785

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3 faiz üstələyərək 30,9 milyard manata bərabər olub.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ticarət dövriyyəsinin 15623,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 2,7 faiz üstələyib. 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir,milyon manatla

2016-cı ilin yanvar-noyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

30 862,8

102,3

o cümlədən:

ərzaq məhsulları

14 188,6

102,0

içkilər və tütün məmulatları

1 435,2

100,9

toxuculuq məhsulları, geyim və ayaqqabılar

5 667,2

103,1

elektrik malları və mebellər

1 930,8

102,1

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

228,2

101,5

əczaçılıq və tibbi mallar

423,2

101,4

avtomobil yanacağı

1 651,0

99,8

digər qeyri-ərzaq məhsulları

5 338,6

103,6