30 nəfəri gün vurdu

30-neferi-gun-vurdu
Oxunma sayı: 663


Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, gün vuran 30 nəfərdən 12-də xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, digər gün vuranlara isə ilkin tibbi yardım göstərilib: “Günvurma halları müxtəlif yaş arası insanlar arasında müşahidə olunur. Gün vuranlardan 5 nəfəri isə 18 yaşına kimi olan uşaqlardır”.