300-dən çox aviareys təxirə salındı

300-den-cox-aviareys-texire-salindi
Oxunma sayı: 1077

İtaliyada “Alitalia” aviaşirkəti 300-dən çox reysi təxirə salıb.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, buna səbəb aviakompaniya əməkdaşlarının iğtişaşları olub.

Agentliyin məlumatına görə, etiraz aksiyasında pilotlar və stüardlar iştirak edib. Onlar daha əlverişli iş şəraitinin yaradılmasını tələb edir.