300-ə yaxın maddəyə dəyişiklik edilir

300-e-yaxin-maddeye-deyisiklik-edilir
Oxunma sayı: 1701

Cinayət Məcəlləsinin 300-ə yaxın maddəsində dəyişikliklər edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb. “Qafqazinfo” xəbər verir ki,  layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, bu dəyişikliklər cəza siyasətinin yüngülləşdirilməsinə xidmət edir: “ Məcəllədə 15-ə yaxın maddə dekriminallaşdırılıb. Eyni zamanda azadlığın məhdudlaşdırılması ilə bağlı cəza növü əlavə edilib. Belə ki, 140-dan çox maddənin sanksiyasında alternativ olaraq bu maddə nəzərdə tutulub. 

Mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərə görə cəza növündə cərimənin miqdarı hər birində beş dəfə artırılıb.Yəni əvvəl cərimə 100 manat idisə indi, bu indi 500 manatdır.

 73-1 maddədə, yəni mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə maddəsində dünyada qəbul edilən mediasiya modelindən istifadə ediləcək. Belə ki, təklif olunur ki, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan  cinayətlərdə dəymiş zərər ödənilirsə,  o zaman cinayət məsuliyyətindən azad edilmə məsələsi mümkün ola bilər. 

Söhbət   külli miqdarda dəyən ziyandan gedirsə, cinayət msəuliyyətindən azad edilməyə gətirib çıxarılmamalıdır”.

Günel Türksoy