300 milyon pulu ölkədən çıxaran dəstə həbs edildi - DTX-dən təcili əməliyyat

300 milyon pulu ölkədən çıxaran dəstə həbs edildi
Oxunma sayı: 8459

Azərbaycanda valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə 15-18 yanvar 2018-ci il tarixlərində həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

“Qafqazinfo” Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirlər nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80.731.282,0 ABŞ dolları, 5.270.227.972,0 Rusiya rublu, 248.915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən  çıxarılıb.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 192.2 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Murad Əhməd



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi