300 minədək toyuq məhv edilib

300-minedek-toyuq-mehv-edilib
Oxunma sayı: 1101

Yaponiyanın Miyaqi və Çiba prefekturalarında aşkar edilən H5 quş qripi virusu səbəbindən 300 minədək toyuq məhv edilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumatda qeyd edilir ki, virus tələf olmuş toyuqlarda aşkarlanıb.

Ötən ilin sonlarında Yaponiyada quş qripi virusunun yayılmasının qarşısını almaq üçün bir milyonadək toyuq və ördək məhv edilmişdi. Məhv edilən quşların sayının çoxluğu nəzərə alınaraq, əməliyyata özünümüdafiə qüvvələrinin hərbi hissələri də cəlb olunub.