300 terrorçunu məhv edən snayperçi ölüb

300 terrorçunu məhv edən snayperçi ölüb
Oxunma sayı: 3455

İraqda İŞİD-ə qarşı döyüşən "Al-Haş əş Şaabi" qruplaşması özünün əsas snayperçilərinin həlak olduğunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əbu Tahsin əs Salahi “İŞİD-çi ovçusu” adı ilə tanınırdı.

Məlumata əsasən, o, indiyə kimi döyüşlərdə 300-dən çox terrorçunu məhv edib. Əbu Tahsinin İraqın Əl-Havidja yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə ölümcül yaralanıb.

Sosial şəbəkədə yayılan videolardan birində Əbu Tahsin 321 İŞİD terrorçusunu öldürdüyünü bildirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi