3000 müəllim ucqar bölgələrdə dərs deyir

3000-muellim-ucqar-bolgelerde-ders-deyir
Oxunma sayı: 1453

Bu gün Təhsil nazirliyində Regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərə həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə çıxış edən nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov regionlarda pedaqoji kadr təminatı, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən söz açıb. Bildirib ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran Eşqi Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib.