31 ölkə 50 min hərbçi ilə genişmiqyaslı təlimlərə başladı

31-olke-50-min-herbci-ile-genismiqyasli-telimlere-basladi
Oxunma sayı: 2165

NATO-nun “Trident Juncture 18” adlı hərbi təlimi Norveçdə başlayıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, təlimlərdə NATO-ya üzv 29 ölkə ilə yanaşı qurumun müttəfiqi olan Finlandiya və İsveçdən olan ümumilikdə 50 min hərbiçi iştirak edir.

7 noyabra qədər davam edəcək təlimlərdə 250 təyyarə, 65 gəmi və 10 min hərbi texnika istifadə olunacaq.

Dəniz tapşırıqları Şimali Atlantik və Baltik dənizində, hava tapşırıqları isə Finlandiya və İsveçdə icra ediləcək.

Təlimlərdə əsas olaraq NATO üzvlərindən birinin hücuma məruz qaldığında digər üzvlərin ən qısa zamanda ona dəstək göstərmə qabiliyyəti yoxlanılacaq.