“31 yaşıma qədər ukraynca danışmamışam” - Poroşenkodan etiraf

31-yasima-qeder-ukraynca-danismamisam
Oxunma sayı: 1058

Ukrayna prezidenti Petro Poroşenko 31 yaşına qədər ukraynca danışmadığını etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Poroşenko tələbələrlə görüşündə danışıb. 

Prezident rusdilli insanın sonradan necə Ukrayna dilində danışa biləcəyinin ən parlaq nümunəsi olduğunu bildirib:

“1997-ci ildə qədər mən Ukrayna dilində danışmırdım. Odessa əylətində doğulmuşdum. Nənəmin kəndində “surjik” ləhcəsində (Ukraynanın bir çox əyalətlərinə xas rus-ukrayna dillərinin qarışığından yaranmış ləhcə) danışılırdı. Mən hər zaman rus dilində təhsil almışam”. 

Poroşenko, eyni zamanda, daha beş dildə danışa bildiyini vurğulayıb.