32 cinayətkar tutuldu

32-cinayetkar-tutuldu
Oxunma sayı: 644

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, baş verən hadisələrdən 19-u “isti izlər”lə açılıb. Həmin xəbərləri təqdim edirik:

Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Horadiz Dəmir Yolu Stansiyasının ərazisində, Füzuli rayon sakini Gülüzar Səfərovanın pul kisəsini oğurlayan Zaqatala rayon sakini Elçin Məmmədov saxlanılıb.

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də İntiqam Mirzəliyevin 560 manat pulunu oğurlayan rayon sakini Məmməd Qurbanov tutulub

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.