32 yaşlı Bakı sakini itkin düşüb

32-yasli-baki-sakini-itkin-dusub
Oxunma sayı: 913

Bakı sakini naməlum şəraitdə itkin düşüb. 

“Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. 

Yasamal rayonu, 11-ci Xreptovı küçəsi, ev 17-də yaşayan, 1986-cı il təvəllüdlü Qarayev Rəşad Eldar oğlu A.Şaiq küçəsi 205 saylı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə polisə onun ailə yaxınları məlumat verib.

Faktla bağlı araşdırmalar aparılır.