32 yaşlı kişi intihar edib

32-yasli-kisi-intihar-edib
Oxunma sayı: 2150

Gəncə şəhərində intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Emin Qarayev noyabrın 17-i saat 01 radələrində özünü öldürüb.

O yaşadığı binanın 3-cü mərtəbəsində yerləşən mənzilinin eyvanında özünü atıb. İntiharın səbəbləri məlum deyil.

Araşdırma aparılır.

Murad Əhməd