33 yaşlı müğənni evində ölü tapıldı - Foto

33-yasli-mugenni-evinde-olu-tapildi
Oxunma sayı: 2634

Cənubi Koreyalı "100%" qrupunun lideri olan müğənni So Min Vu 33 yaşında dünyasını dəyişib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni evində ölü tapılıb. Hadisənin martın 25-də baş verdiyi deyilir.

Rəsmi olaraq onun hansı səbəbdən öldüyü açıqlanmayıb. Ancaq həkimlər ehtimal edirlər ki, So Minin ürəyinin dayanması nəticəsində  vəfat edib.

So Min müğənniliklə bərabər kino sahəsində də özünü sınayıb.