339 dövlət qulluqçusu etik qaydaları pozub

339-dovlet-qulluqcusu-etik-qaydalari-pozub
Oxunma sayı: 640

SalamNews xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib.

Onun sözlərinə görə, etik davranış qaydalarının pozulması halları əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qeydə alınıb. Qaydaların pozulması halları daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydə alınıb. Bu qurum üzrə etik davranış qaydalarının pozulması üzrə 75 fakt baş verib. Bunun üçün də müvafiq nizam intizam tədbirləri həyata keçirilib.

O deyib ki, ötən il etik davranış qaydalarını pozan 279 nəfərə töhmət elan edilib, 31 nəfər dövlət qulluğundan azad olunub, 15 nəfərin vəzifə maaşı azaldılıb, 14 nəfərə isə digər intizam təhbeh tədbirləri görülüb.

V.Əsgərov vurğulayıb ki, mərkəzi icra hakimiyyəti orqanları üzrə 263 nəfərə (bunlardan 217 nəfər töhmət, 17 nəfər dövlət qulluğundan azad edilmə, 15 nəfər isə maaşın azaldılması), yerli icra hakimiyyəti orqanları üzrə isə 76 nəfərə (62 nəfərə töhmət, 14 nəfər isə dövlət qulluğundan azad edilmə) intizam tənbeh tədbirləri tətbiq edilib.