3,4 milyon dolları ələ keçirən dələduza 12 il iş verildi

3,4 milyon dolları ələ keçirən dələduza 12 il iş verildi
Oxunma sayı: 1148

Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Çingiz Abdullayevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ç.Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci il mayın 1-də Xəzər rayonunun Qala qəsəbəsində baş verib. Bu cinayətlə bağlı bundan öncə Ç.Abdullayevin oğlu Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdulov və Tural Qasımov təqsirləndirilib. Bakı Apellyasiya Məhkəməsi 18 il müddətinə azadlıqdan məhrum edilən Loğman Abdullayevin cəzasını 15 ilə endirib. 16 il müddətinə azadlıqdan məhrum edilənlər – E.Qasımov və P.Rzayevin cəzası isə 14 il 6 aya endirilib. Şərti cəza alanlar - F.Tağıyev, G.Abdulov, T.Qasımov və R.Hacıyev barəsindəki hökm isə dəyişdirilmədən saxlanılıb.

Ç.Abdullayev xaricdə olduğu üçün axtarışa verilib və bir müddət öncə Qazaxıstanda tutularaq Azərbaycana gətirilib. 

Murad Əhməd
 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi