35 ildən sonra ilk dəfə film göstərildi

35-ilden-sonra-ilk-defe-film-gosterildi
Oxunma sayı: 2094

Səudiyyə Ərəbistanı krallığında 35 ildən sonra ilk dəfə kinoteatrda film nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Məlumata əsasən, krallıqda uzun müddətdən sonra kioteatrda film nümayişi qadağası aradan götürülüb.

İndiyə kimi ölkə vətəndaşları kinoteatrda filmə baxmaq üçün Bəhreynə üz tuturdular.

Artıq ölkədə kinotearlara lisenziya verilməsinə başlanılıb.

2030-cu ilə kimi 300 kinoteatrın açılacağı gözlənilir.