35 nəfərin ölümünə səbəb olan hərbçi cəzalandırıldı

35-neferin-olumune-sebeb-olan-herbci-cezalandirildi
Oxunma sayı: 690

“Qafqazinfo”nun Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbərinə görə, Gülyazı alayı komandirinin müavini polkovnik Hüseyin Onur Güney ötən gün tutduğu vəzifədən azad edilib.

Qəzet xəbər verir ki, Türkiyə-İraq sərhəd xəttində 28 dekabr 2011-ci ildə həyata keçirilən hava hücumu zamanı qaçaqmalçılıq üçün sərhədi keçən 35 nəfərin ölümüylə bağlı administrativ araşdırma başlayıb.

Vali Özkan araşdırmanın obyektiv aparılması üçün Onur Güneyin vəzifədən alınması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Bu müraciət əsasında Güney vəzifəsindən azad olunub.