36 yaşlı siyasətçi Gürcüstanın baş naziri oldu

36-yasli-siyasetci-gurcustanin-bas-naziri-oldu
Oxunma sayı: 2953

Xəbər verdiyimiz kimi, 13 iyunda Gürcüstanda baş nazir Giorgi Kvirikaşvili prezidentlə fikir ayrılığı səbəbindən istefa vermişdi.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, iqtidardakı “Gürcüstan Arzusu - Demokratik Gürcüstan” partiyası yeni baş nazir olaraq 36 yaşlı sabiq maliyyə naziri Mamuka Baxtadzenin namizədliyini irəli sürmüşdü.

Bu gün Baxtadzenin namizədliyi təsdiqlənib və o, Gürcüstanın yeni baş naziri olub.

Yaxın saatlarda yeni hökumətin tam tərkibinin müəyyənləşəcəyi də gözlənilir.