361 milyon manat çox ödəniş olub

361-milyon-manat-cox-odenis-olub
Oxunma sayı: 2545

Cari ilin ilk 5 ayı ərzində Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 325 milyon 640 min manat büdcə daxilolmaları həyata keçirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi, Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov verib. O bildirib ki, bu ilin 5 ayında qarşıya qoyulan proqnoz 964 milyon 710 min manat olsa da, ödəniş 361 milyon manat çox olub.

Qeyd edək ki, Komitə tərəfindən ötən il büdcəyə daxil olan məbləğ isə 2 milyard 608 milyon 779 min manat olub.

***

2016-cı ildən bu günə kimi gömrük sahəsində 19 mindən çox hüquq pozuntuları aşkar olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Güloğlan Muradlı verib. O bildirib ki, aşkar olunan hüquq pozuntularının 1505-i cinayət xarakterli olub:

"Bundan başqa, 4 tondan çox narkotik aşkar olunub ki, onlardan da ton yarımı heroindir. Eyni zamanda, 4700 telefon və 12 mindən çox telefon aksessuarları qanunsuz olaraq dövriyyədən çıxarılıb.