37 il sonra diplomatik münasibətlər bərpa edilib

37-il-sonra-diplomatik-munasibetler-berpa-edilib
Oxunma sayı: 638

Kuba və Mərakeş 37  il əvvəl dondurulmuş  diplomatik münasibətləri bərpa ediblər.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, münasibətlərin bərpasına dair saziş Nyu-Yorkda imzalanıb.

Sənədə iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atıb.

Qeyd edək ki, tərəflər arasında münasibət 1980-ci ildə rəsmi Kubanın Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımasından sonra pozulmuşdu. Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır.