37 mindən çox fermer EKTİS-də qeydiyyatdan keçib

37-minden-cox-fermer-ektis-de-qeydiyyatdan-kecib
Oxunma sayı: 930

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 37,500 nəfəri keçib.

“Qafqazinfo” xəbər verir ki, EKTİS-də ən çox Salyan, Biləsuvar və Şəki rayonlarından olan fermerlər qeydiyyatdan keçib.

Hazırda fermerlərin EKTİS-də qeydiyyatı prosesi davam edir. Bununla yanaşı, KTN əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Bərdə və Tərtər rayonlarında EKTİS sisteminin tətbiqi ilə əlaqədar maarifləndirmə işləri aparır.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsində Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri aktiv iştirak edirlər.