37 yaşlı forvard Messiyə çatdı

37-yasli-forvard-messiye-catdi
Oxunma sayı: 1601

“Atletik” La Liqanın 15-ci turunda “Jirona”nı minimal hesabla məğlub edib.

"Qafqazinfo" xəbər verir ki, görüşdəki yeganə qolun müəllifi olan Aris Aduris, cari mövsümdə ilk qolunu vurub.

37 yaşlı forvard bu qolla, La Liqada ardıcıl 14 mövsümdə qol vurmağı bacaran 3-cü futbolçu olub. Bundan əvvəl “Barselona”lı Lionel Messi və “Real”lı Serxio Ramos ardıcıl 14 mövsümdə fərqlənən futbolçular idi. 

"Atletik" La Liqada 15 turdan sonra 14 xalla 18-ci pillədə qərarlaşıb.