37 yaşlı kişini döyüb çənəsini sındırdılar

37-yasli-kisini-doyub-cenesini-sindirdilar
Oxunma sayı: 1829

Tovuz rayonunda döyülmə hadisəsi baş verib.

“Qafqazinfo”nun “Trend”ə istinadən məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Quliyev Əvəz Eyvaz oğlu naməlum şəxs tərəfindən döyülüb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Ə.Quliyevin alt çənəsi döyülərək sındırılıb.

Faktla bağlı araşdırma aparılır.