“39 500-dən artıq sərnişin daşımışıq”

39-500-den-artiq-sernisin-dasimisiq
Oxunma sayı: 1188

Noyabrın 22-də "Qarabağ - Çelsi" oyunu ərəfəsində Bakı Metropoliteninin stansiyaları ilə gündəlik göstəricidən 40 minə yaxın artıq sərnişin daşınıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə  Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat Xidməti rəhbərinin sözlərinə görə, futbolu izləməyə gedən azarkeşlər əsasən metrodan istifadə ediblər: "Noyabrın 22-də olan sərnişindaşıma ilə əvvəlki günləri müqayisə etdik. Məlum oldu ki, həmin gün təxminən 39 500-dən artıq sərnişin daşımışıq".

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda "Qarabağ" - "Çelsi" qarşılaşması keçirilib. Oyun 0:4 hesabı ilə yekunlaşıb.