39 yaşlı qadının başına iş gəldi

39-yasli-qadinin-basina-is-geldi
Oxunma sayı: 1999

Ucarda bədbəxt hadisə nəticəsində qadın xəstəxanalıq olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damından yerə yıxılıb.

Hadisə zamanı torpağa basdırılmış olan dəmir parçası Q.Abbasovanın kürək nahiyəsindən bataraq qarnından çıxıb. Xəstə dərhal yaxınları tərəfindən Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti qənatbəxş hesab edilir.

Rəşad Türkoğlu