“3G cəmiyyətin əxlaqını pozacaq”

3g-cemiyyetin-exlaqini-pozacaq-
Oxunma sayı: 642

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, “RighTel” adlı mobil telefon şirkəti keçən həftə “Farj Beynəlxalq Film Festivalı”ndakı geniş reklam kampaniyasından sonra bu həftə müştərilərinə internet üzərindən 3G sistemini təqdim edib. Lakin ölkənin 4 din adamı “Görüntülü danışıq cəmiyyətin əxlaqını pozacaq” deyə fətva verib.

Fətva verən 4 şəxs – Ayətullah Nəsir Makarəm Şirazi, Hüseyn Nuri Məmədani, Cəfər Söhbani və Seyid Səcdat Ələvi Gürgani “RighTel”in bağladılmasını tələb edib: “Bu şirkət sui-istifadə yolu ilə mənfəət qazanmaq istəyir. 3G xidməti İranın dini və siyasi sistemini dağıtmağa yönəlib və cəmiyyətin namusunu pozacaq”.