4-cü sinif şagirdi özünü asdı

4-cü sinif şagirdi özünü asdı
Oxunma sayı: 5929

Zaqatalada intihar hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə tapıb. Onu cəsədi böyük qardaşı tərəfindən aşkar edilib.

H.Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin 4-cü sinif şagirdi olub.

İntiharın səbəbi məlum deyil. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi