4 cüdoçumuz üçün bürünc medal şansı - Yenilənir

4-cudocumuz-ucun-burunc-medal-sansi
Oxunma sayı: 3383

2-ci Avropa Oyunlarında cüdoçularımızın bugünkü mübarizəsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq tatamiyə 100 kq-da Elmar Qasımov çıxıb. 

O, 1/16 finalda  ukraynalı Anton Savitki ilə üz-üzə gəlib. 

Qasımov bu görüşdə vazari xalı ilə qalib gəlib. 

***

90 kq-da Məmmədəli Mehdiyev  1/16 finalda  yerli idmançı Yahor Varapayevlə qarşılaşıb.  O, cərimə xalları ilə qalib gəlib.

***

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Toma Nikiforov (Belçika) olacaq. 

***

Zelim Kostoyev 1/ finalda Toma Nikiforova uduzaraq mübarizəni 1/8 finalda dayandırıb. 

***

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbsi (Almaniya) məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə Böyük Britaniyadan olan Sara Edlinqton görüşəcək.

***

Uşanqi Kokauri (100+) isə 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevlə güləşəcək.

***

Məmmədəli Mehdiyev 1/8 finalda Aurilyena Disse (Fransa) üzərində qələbəni bayram edib.

***

Elmar Qasımov 1/8 finalda estoniyalı Qriqori Minaskinə qalib gəlib.

***

Uşanqi Kakauri 1/4 finalda rusiyalı İnal Tasoyev üzərində qələbə qazanıb. 

***

Məmmədəli Mehdiyev ¼ finalda Türkiyə təmsilçisi Mikael Özerlere uduzub. O, təsəlliverici görüşdə  isveçrəli Ciril Qrossklaus ilə qarşılaşacaq.

***

Elmar Qasımov ¼  finalda fransalı Siril Maneyə məğlub olub. İdmançımız təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi mübarizədən kənarlaşdırıb.

Qasımov bürünc medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Daniel Mukete ilə üz-üzə gələcək.

***

Uşanqi Kakauri yarımfinalda rusiyalı İnal Tasoyevə uduzub.

***

İrina Kindzerska 1/4 finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edərək yarımfinala adlayıb. İdmançımız finala vəsiqə uğrunda Belarus təmsilçisi Marina Slutskaya ilə görüşəcək.

***

İrina yarımfinalda Marina Slutskaya uduzaraq bürünc medal üçün yarışacaq.