4 illik küsülülük bitdi... - İki məşhur barışdı

4-illik-kusululuk-bitdi
Oxunma sayı: 2275

Türkiyənin iki məşhur müğənnisi- Ebru Gündeşlə Serdar Ortaç barışıb. “Qafqazinfo” xəbər verir ki, Gündeş həftəsonu İstanbulun məşhur restoranlarından birində səhnəyə çıxıb. 

Onu dinləyənlər sırasında ifaçı Serdar Ortaç da olub.  Gecənin aparıcısı Hüseyin Emre Ebru ilə Serdarı barışdırdığını elan edib. 

Bu zaman Ortaç səhnəyə gəlib və hər iki müğənni bir-birilərini öpərək 4 illik küsülülüyə son qoyublar.