4 illik rəqqasını işdən qovdu - Bu paylaşıma görə

4-illik-reqqasini-isden-qovdu
Oxunma sayı: 2336

“Qremmi” mükafatçısı, amerikalı pop ulduz Teylor Svift 4 ildir ki, yanında çalışan rəqqası və yaxın dostu Toşi ilə münasibətlərinə son qoyub və onu işdən qovub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı müğənni rəqqasının cinsi ayrıseçkilik hesab olunan paylaşımına etiraz edərək belə bir addım atıb.  Toşi bir neçə gündür ki, instaqramda ard-arda qadınlarla bağlı təhqiredici statuslar yayımlayır.

Paylaşımlardan narahat olan sosial şəbəkə istifadəçiləri Teylora müraciət edib.  Bundan xəbər tutan sənətçi rəsmi açıqlama yayıb.  O, rəqqasını işdən qovduğunu elan edib.  

Qeyd edək ki, Toşinin Avstraliya Milli Qadın Futbol Klubunun “Fifteens” adlı kişi klubuna 7-0 hesabı ilə uduzmasından bəhs  edən şərhi ən çox etiraza səbəb olmuşdu.

O, qadınların yerinin ancaq mətbəxt olduğunu söyləmişdi.