4 klubun futbolçularına verdiyi maaşı Ronaldo 1 ildə qazanır

4 klubun futbolçularına verdiyi maaşı Ronaldo 1 ildə qazanır
Oxunma sayı: 1703

İtaliya A seriyasında ən yüksək maaş alan futbolçuların siyahısı müəyyənləşib.

"Qafqazinfo" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, siyahıya "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo rəhbərlik edir. Portuqaliyalı hücumçunun illik maaşı 31 milyon avrodur.

Bu məbləğ isə 4 klubun - SPAL, "Udineze" (hər ikisi 30 milyon), "Breşia" (28 milyon) və "Verona"nın (25 milyon) futbolçularına verdiyi ümumi əmək haqqından çoxdur.

Siyahının ikinci pilləsində "Yuventus"un yarımmüdafiəçisi Matteys de Liqt (maaş-8 milyon, əlavə bonuslar -4 milyon), üçüncü pilləsində isə "İnter"in yeni transferi Romelu Lukaku (maaş - 7.5 milyon, əlavə bonuslar- 1.5 milyon) qərarlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi