4 metrlik yolkadan yıxılan kişi öldü

4-metrlik-yolkadan-yixilan-kisi-oldu
Oxunma sayı: 1674

Şotlandiyanın Kerkoldi şəhərində 4 metrlik yolkadan yıxılan kişi ölüb.

“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, hadisə gecə klubu yaxınlığında baş verib.Yaralı halda tapılan şəxs xəstəxanada keçinib.

Gecə klubunun direktorunun sözlərinə görə, o, gecə saat 3 radələrində naməlum şəxsin yolkaya dırmaşdığını görüb. Lakin o, müvazinətini itirib və süni ot örtüyünə çırpılıb.

Şahidlər kişinin külək nəticəsində yıxıldığını bildirib.

Polis araşdırmalara başlayıb.