4 milyona dinozavr skeleti satılır

4-milyona-dinozavr-skeleti-satilir
Oxunma sayı: 1524

Dubayda 155 milyon yaşı olan dinozavr skeleti satışa çıxarılır.

"Qafqazinfo" xəbər verir ki, onlayn-auksion vasitəsilə satışa çıxarılacaq skeletin start qiyməti 3,97 milyon dollar müəyyənləşdirilib.

Qeyd edək ki, sözügedən skelet 2014-cü ildən Dubayın ən iri “The Dubai Mall” ticarət-əyləncə mərkəzinin atriumunu bəzəyir. Uzunlugu 24,4 metr və hündürlüyü 7 metr olan skeletin çəkisi beş filin çəkisinə bərabərdir. Təqdim olunan skeletin 90 faizi real sümüklərdən ibarətdir.

Onu da qeyd edək ki, dinozavrın qalıqları 2008-ci ildə Amerikanın Vayominq ştatının “Dana Quarry” ərazisində aşkar edilib. Əbu-Dabinin “Etihad Modern Art Gallery” qalereyasının təsisçisi Xalid Seddık tərəfindən əldə edilməmişdən əvvəl bu skelet ABŞ-ın Texas ştatındakı Hyustonun təbii elmlər muzeyində nümayiş olunub.