4 milyondan çox sərnişinə xidmət

4-milyondan-cox-sernisine-xidmet
Oxunma sayı: 1140

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin 11 ayı ərzində 4 milyon nəfərdən çox sərnişinə xidmət göstərib.

"Qafqazinfo" xəbər verir ki, bu göstərici ötən ilin analoji göstəricisindən 9 faiz çoxdur.

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 756 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 411 min sərnişin düşüb.

İlin əvvəlindən etibarən 3,54 milyon sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb.

Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,6 faizi isə “Buta Airways”in payına düşüb.