4 nazir barədə parlamentə sorğu göndərildi

4-nazir-barede-parlamente-sorgu-gonderildi
Oxunma sayı: 1715


ANSPRESS-in xəbərinə görə, daha əvvəl sabiq nazirlər – Muammer Güler, Zafer Çağlayan, Egemen Bağış və Erdoğan Bayraktar barədə prokurorluğun hazırladığı sorğu Ədliyyə Nazirliyinə göndərilmişdi. Nazirlik isə bəzi əskikliklər səbəbilə sorğu paketini geri qaytarmışdı. 

Burda deputat sorğularının Ədliyyə Nazirliyi vasitəsilə yox, 2011-ci ildə qəbul olunmuş qərara əsasən birbaşa TBMM-yə göndərilməsi bildirildi. 

Məlumata görə, İstanbul Respublika prokurorluğunun məsul əməkaşı tərəfindən yenidən incələnən sorğu paketi əskikliklərin tamamlanmasından sonra bu dəfə TBMM-yə göndərilib. 

Xatırladaq ki, Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarından sonra adları rüşvət qalmaqalında hallanan daxili işlər naziri Muammer Güler, iqtisadiyyat naziri Zafer Çağlayan, Avropa Birliyi naziri Egemen Bağış və şəhərsalma naziri Erdoğan Bayraktar tutduqları vəzifədən istefa vermişdilər və onlar barəsindən istintaq başladılmışdı.